Kolumbiyada həvəskarlardan ibarət basketbol komandasının avtobusu qəzaya uğrayıb.
Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində 13 nəfər ölüb, 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bildirilir ki, hadisə ölkənin qərbində - Yotoko şəhəri yaxınlığında baş verib. Avtobusun aşmasına səbəblərdən biri kimi əyləc sistemindəki nasazlıq göstərilir.