Almaniyada bomba hücumu təşkil etməkdə ittiham olunan təhlükəli cinayətkar Xəlil. D Türkiyəyə qaçıb.
Teleqraf.com xatırladır ki, Xəlil.D Frankfurt beynəlxalq velosiped yarışı və Frankfurt maliyyə mərkəzinə bombalı hücum planlamaqda ittiham olunaraq 2015-ci ildə həbs olunmuşdu.
Bundan sonra terror təşkilatına üzv olmaqda ittiham edilib.
2018-ci ilin yanvar ayında həbsdən çıxan Xəlil.D qanuna uyğun olaraq hər həftə polisə gedərək özü haqqında informasiya verirmiş.
Almaniyada ən təhlükəli terroristlər arasında göstərilən Xəlil.D-nin ötən ay Türkiyəyə qaçdığı bildirilib. Polis onun Türkiyəyə quru yollarla getdiyindən şübhələnir.