13 Dekabr 2018 11:31
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyanın Şərqi Fərat bölgəsi üçün elan etdiyi hərbi əməliyyatların detalları məlum olub.

Teleqraf.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, əməliyyatın Rəsulayn və Təl-Abyaddan başlayacağı bildirilib.

Əməliyyatların buardan başlanmasında əsas məqsəd Cəzirə bölgəsini nəzarətə götürməkdir.

Məlumata görə, plan çərçivəsində Türkiyə ordusunun bölgə ətrafında yerləşdirilməsi başa çatmaq üzrədir və yerli polis qüvvələrindən formalaşdırılmış 1200 nəfərlik Azad Suriya Döyüşçüləri Təl-Abyad yaxınlığında yerləşən Ağcaqalaya dislokasiya edilib.

Bundan başqa, türk ordusu Suriya ilə sərhəddə yerləşən Rasulayn bölgəsi yaxınlığındakı Ceylanpınarda öz mövqelərini tutub.

Qeyd edək ki, Prezident Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin yaxın günlərdə Fərat çayının Şərq sahillərində əməliyyatlara başlayacağını açıqlayıb.

O, əsas məqsədin bölgədəki terror təşkilatlarını neytrallaşdırmaq olduğunu bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər