13 Dekabr 2018 14:53
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail baş naziri Binyamin Netanyahunun mətbuat sözçüsü David Keyes amerikalı senator Julia Salazara cinsi istismar tətbiq etdiyi iddiasından sonra istefaya gedib.

Teleqraf.com xəbər verir ki, Netanyahu istefanı qəbul edib və David Keyesə İsraildə medianın inkişafındakı xidmətlərinə görə təşəkkür edib.

Qeyd edək ki, mətbuat sözçüsünə ittihamlar ölkənin xaricindən səsləndirilib. İsrailin mülki xidmət komissiyası sentyabrda apardığı araşdırmanın nəticəsində Keyesin günahsız olduğunu bəyan etmişdi.

İddia olunur ki, Keyesi Nyu-Yorkdan Senata seçilən Juliananı cinsi istismara 2016-cı ildə məruz qoyub. Həmin dövrdə Keyes ABŞ-da yaşayırmış.

İsrailin Of Times internet saytı isə iddia edib ki, Keyesə qarşı 11 qadın cinsi zorakılıq mövzusunda ittiham irəli sürür.


Müəllif: Cavad