İsrailin Tel-Əviv şəhərində qiymətlərin artması ilə əlaqədar "sarı jiletlilər" etiraz aksiyası keçirilib.
Teleqraf.com xəbər verir ki, elektrik enerjisinin, suyun və çörəyin qiymətinin artmasına qarşı keçirilən aksiya zamanı 10 etirazçı saxlanılıb.
Bildirilir ki, etirazçılar aksiya zamanı Tel-Əvivin əsas avtomobil yolu sayılan "Ayalon" şossesini bağlayıblar.
Etiraz aksiyalarının iştirakçıları yanvar ayının 1-dən İsraildə elektrik enerjisi və su tariflərinin 7 faiz, çörəyin qiymətini 3,5 faiz artması ilə əlaqədar etiraz edirlər.