20 Dekabr 2018 13:41
1 130
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Trampın Suriyadan Amerika əsgərlərinin çıxarılması haqda qərarı onun bölgədəki müttəfiqi YPG-ni məyus edib.

Teleqraf.com xəbər verir ki, YPG-dən fərqli olaraq Deyrizorda olan Bəşər Əsədin qüvvələri ABŞ əsgərlərinin Suriyadan çıxarılması qərarını havaya atəş açmaqla qeyd ediblər.

Trampın məlum qərarından sonra YPG- ya aid olan və ona yaxınlığı ilə seçilən sosial şəbəkə qrupları səssizliyə qapanıb. Bəzi hesablarda isə ABŞ-ın Suriyadakı əsas müttəfiqi YPG-ni pis vəziyyətdə buraxdığı bildirilib.

Şimal-qərbi Suriyadakı yerli media mənsublarının suallarını cavabsız buraxan YPG mənsubları ilə əlaqə qurmaq mümkünsüz olub. Hasekedəki mənbələr isə qeyd ediblər ki, YPG rəhbərləri onların nəzarətində olan yaşayış məntəqələrindəki yerli idarələrinə ABŞ ordusunun Suriyadan çıxarılmasının qeyd edilməsinə imkan verilməməsini tapşırıb.

Deyrizorun bəzi qəsəbələrinə nəzarət edən Bəşər Əsəd qüvvələri bu qərarı havaya atəş açmaqla qarşıladığı halda, YPG silahlıları sadəcə baş verənləri sükutla qarşılayıb.


Müəllif: Cavad

Oxşar xəbərlər