Rusiya Prezidenti Vladimir Putin jurnalistlərlə keçirdiyi ənənəvi mətbuat konfransında nə zaman evlənəcəyinə dair sualı cavablandırıb.
Teleqraf.com xəbər verir ki, “Life.ru” saytının müxbirinin “nə vaxt evlənməyə hazırlaşırsınız” sualına Putin özünəməxsus şəkildə cavab verib.
Rusiya prezidenti suala cavab verməzdən əvvəl jurnalistdən evli olub-olmadığını soruşub. Jurnalist cavabında evli olduğunu deyib.
Putin isə “Özünüz evlisiniz və məndən də bunu istəyirsiniz. Mən ləyaqətli insan kimi, əlbəttə, nə vaxtsa evlənəcəyəm”, - deyə söyləyib.