21 Dekabr 2018 11:40
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada yaşayan ermənilərin dekabrın 22-də Ermənistanın Moskvadakı səfirliyinin qarşısında mitinq keçirəcəklər.

Teleqraf.com xəbər verir ki, aksiyaçılar Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbsinə etiraz edəcəklər.

Bu barədə Rusiyadakı Ermənistan səfirliyi məlumat yayıb.

Səfirlik bəyanat yayaraq icazəsiz formada təşkil ediləcək aksiyanın təxribat olduğunu bildirib və Rusiyada yaşayan erməniləri bu mitinqə qatılmamağa çağırıb.

Qeyd edək ki, bir neçə gün əvvəl həbs edilmiş Robert Köçəryan 2008-ci il martın 1-də İrəvanda hakimiyyət əleyhinə mitinqdə dinc aksiyaçılara odlu silahlardan atəş açmaq əmri verməkdə ittiham olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər