21 Dekabr 2018 16:29
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya NATO ilə əməkdaşlığı çərçivəsində Gürcüstana hərbi məqsədlər üçün 500 min avro yardım ayırmağı planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın Gürcüstandakı səfirliyi məlumat yayıb.

Almaniyanın NATO-dakı nümayəndəsi Hans Diter Lukas isə Gürücstan-NATO əməkdaşlığının tərkib hissəsi kimi 500 min avro maddi vəsaitin ayrılacağının dəqiqləşdiyini açıqlayıb.

Almaniya Gürcüstandakı NATO məktəbi və digər layihələrin icrası üçün 2016-2017-ci illərdə də 500 min (SNGP paketi) avro maddi vəsait ayırmışdı.

Qeyd edək ki, iki ölkə tarixinin ilk hərbi müdafiə müqaviləsi bu il Berlində imzalanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər