Fransada “sarı jilet”lilər aksiyasının altıncı mərhələsi başlayıb.
Teleqraf.com xəbər verir ki, aksiyaçılar Parisdə turistlərin daha çox ziyarət etdikləri Montmartre məhəlləsindəki “Sacre Coeur” kilsəsinin və Versal sarayının qarşısına toplaşıblar.
Etirazçılar tərəfdaşlarını sosial şəbəkələr vasitəsilə aksiyaya çağırıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları və zirehli maşınlar yenidən səfərbər edilib.
Polis aksiyaçıların olduğu məhəllələrdə ticarətçilərə mağazalarını bağlamağı məsləhət görüb.