23 Dekabr 2018 12:49
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın Müdafiə Nazirliyi hərbi gəminin radar sisteminin patrul təyyarəsinə yönəldilməsinə görə Cənubi Koreyaya etirazını bildirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, xəbər verir ki, dekabrın 20-də baş vermiş hadisədə Cənubi Koreyaya məxsus esmines və Yaponiya özünümüdafiə qüvvələrinin P-1 patrul təyyarəsi iştirak edib. Hadisə Yapon dənizində baş verib. Bir gün sonra Yaponiya hadisə ilə əlaqədar Cənubi Koreyaya etirazını bildirib.

Cənubi Koreya isə etirazı qəbul etməyərək esminesin radardan Şimali Koreyanın yaxınlıqda üzən gəmisini tapmaq üçün istifadə etdiyini bəyan edib.

Buna cavab olaraq Yaponiya Müdafiə Nazirliyi bildirib ki, atəşin idarə olunması üzrə radar sistemi hədəf və onun yerləşdiyi yer barədə dəqiq informasiyanı hücum məqsədilə əldə edir.

Nazirlikdən bildiriblər ki, belə radar geniş ərazidə axtarış aparmaq üçün istifadə oluna bilməz.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər