2011-ci ildə öldürülən Liviya lideri Müəmmar Qəddafinin oğlu Saif əl-Qəddafi keçiriləcək prezident seçkilərində dəstəklənməsi üçün Rusiyaya çağırış edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Qəddafi müraciətində seçkilərdə onun namizədliyini dəstəkləməsini xahiş edib.
Agentlik Rusiya hakimiyyətinin oğul Qəddafi ilə görüşdüyünü iddia edib: “Lakin Moskva hələlik Liviya seçkilərində hansı namizədi dəstəkləyəcəyinə qərar verməyib”.