Ağ Ev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Donald Trampı Türkiyəyə səfərə dəvət etdiyini təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ağ Evin sözçüsü Hoqan Hidli danışıb.
O, təklifin müzakirə edildiyini bildirib:
“Konkret bir qərar yoxdur, lakin prezident gələcəkdə potensial görüşlərə açıqdır”.
Qeyd edək ki, Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın dekabrın 24-də Ərdoğanın Trampı Türkiyəyə səfərə dəvət etdiyini açıqlamışdı.
O, ABŞ prezidentinin Ərdoğanın dəvəti ilə 2019-cu ildə Türkiyəyə səfər edəcəyini iddia etmişdi, lakin səfərin detalları haqda məlumat verməmişdi.