27 Avqust 2014 12:31
1 204
12 Punto 14 Punto 16 Punto 18 Punto

2006-ci ildən bu yana Estoniyaya rəhbərlik edən Tomas Hendrik Livesin həyat yoldaşı Evelin Livesin eşq məcarası ölkəni bir-birinə qatıb.

Belə ki, ölkə prezidentinin xanımının bir kafenin terrasında gənc biriylə öpüşməsi ölkədə böyük qalmaqal yaradıb.

Teleqraf.com xəbər verir ki, prezident məsələyə hələ də heç bir münasibət bildirmir. Amma hadisə ilə bağlı Evelin Lives Facebook hesabından üzr istədiyi yazıb: “Mən indi həyatımın ən pis anlarını yaşayıram. Zərər verdiyim hər kəsdən bir daha üzr istəyirəm”.

Prezident administrasiyasının bütün səylərinə baxmayaraq səngiməyən qalmaqala görə birinci ledi 10 yaşlı qızını da götürüb ölkədən qaçmalı olub.

Qeyd edək ki, Evelin prezident Tomas Liveslə uzun müddətli münasibətlərdən sonra 2004 –cü ildə evlənib və onun 2-ci həyat yoldaşıdır.

Ülkər


Müəllif: