Belarus Prezidenti Aleksandr Lukaşenko dekabrın 29-da Rusiyaya işgüzar səfər edəcək və rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə liderlər Belarus-Rusiya əməkdaşlığının aktual məsələlərini müzakirə edəcəklər.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yeni baş katibin təyin edilməsi məsələsi ətrafında Ermənistan və ittifaqa digər üzv dövlətlər arasında yaranmış mübahisənin də görüşdə müzakirə ediləcəyi bildirilir.
Qeyd edək ki, KTMT-yə növbəti 4 ildə Belarus nümayəndəsi rəhbərlik edəcək. Artıq Belarus prezidenti ölkənin Təhlükəsizlik Şurasının başçısı Stanislav Zasın bu posta namizədliyini təsdiqləyib.
Müvafiq sənəd Ermənistan istisna olmaqla, digər ittifaq ölkələri (Rusiya, Qazaxıstan, Tacikistan və Qırğızıstan) tərəfindən imzalanıb.
Rəsmi İrəvan isə dönəm rəhbərliyinin Ermənistanda qalmasına təkid edir.