28 Dekabr 2018 23:58
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya Prezidenti Bəşər Əsədə sadiq qüvvələr ölkənin şimalında yerləşən Menbiç şəhərinə daxil olub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi məlumat yayıb.

Məlumata görə, bununla da Əsəd qüvvələri kürdlərin onları Türkiyədən qorumaq barədə xahişini yerinə yetirib. Hərbçilər yaşayış məntəqəsində Suriya bayrağı qaldırıblar. Hökumət qüvvələrinin bütün Suriya vətəndaşları və digər sakinlərin təhlükəsizliyinə tam zəmanət verdiyi qeyd olunub.

Qeyd edək ki, dekabrın 12-i Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk ordusunun yaxın günlərdə Fərat çayının şərqində yerləşən kürd özünümüdafiə dəstələrinə qarşı əməliyyata başlamaq niyyətində olduğunu bəyan edib: “Biz Fərat çayından şərqdə Suriyanın digər regionlarında olduğu kimi, insanlara sülh və sabitlik gətirmək niyyətindəyik. Heç vaxt ABŞ və onun ordusuna qarşı olmamışıq, onlar həmişə bizim strateji tərəfdaşımızdır. Bizim Suriya ilə bağlı fikir ayrılıqlarımız əlaqələrimizin inkişafına təsir etməməlidir”.

Lakin dekabrın 22-i Türkiyə prezidenti bildirib ki, ABŞ Prezidenti Donald Trampla telefon danışığından sonra Suriyada hərbi əməliyyatı təxirə salıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər