29 Dekabr 2018 01:35
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da “Hubble” kosmik teleskopunun yaradıcısı Nensi Qreys Roman vəfat edib.

Teleqraf.com xəbər verir ki, alim 93 yaşında uzun müddət sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Məlumata görə, astronom teleskopun hazırlanmasında iştirak etməklə yanaşı, ABŞ Kosmik Agentliyində (NASA) rəhbər vəzifə tutan ilk qadın olub.

N.Roman 1949-cu ildə astronomiya elmləri üzrə doktorluq dərəcəsi alıb. 1959-cu ildə agentlikdə fəaliyyətə başlayan alim “Hubble” layihəsinə görə məsul olub. O, 1979-cu ildə agentliyi tərk etdikdən sonra “NASA” nəzdində Qoddard Kosmik Uçuşlar Mərkəzində işləməyə başlayıb.

1990-cı il aprelin 24-də kosmosa buraxılan “Hubble” teleskopu ultrabənövşəyi, infraqırmızı və optik diapazonlarda işləyir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər