Vatikanın mətbuat katibi Qreq Berk və onun müavini Paloma Qarsiya gözlənilmədən istefa verib.
Teleqraf.com "Foks nyus"a istinadla xəbər verir ki, Qreq Berk Tvitter mikrobloqunda 2019-cu ilin yanvarın 1-dən istefaya getdiklərini qeyd edib.
Vatikan nümayəndələrinin istefa səbəbi Roma Papası Frensiskin ötən həftə italyalı jurnalist Andrea Torniellini ictimaiyyətlə əlaqələr üzrə şöbənin yeni rəhbəri təyin etməsi ilə əlaqələndirilir.