17 Yanvar 2019 22:42
1 204
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin keçmiş müdafiə naziri Aviqdor Liberman gələcək planlarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, seçkilərdə qalib gələcəyi halda Qəzzaya hücumları davam etdirəcəyini bildirib.

Liberman Fələstinlə müharibə ehtimalının yenidən gündəmə gəldiyini iddia edib:

“Qəzzadan atılan raketlərin qurbanlarının sayını artırmasına icazə verməməliyik. Mövcud vəziyyət Qəzzada müharibəyə yol açsa da, Həmasa qarşı hazır hücum planlarımız var”.

Liberman son hücumlarda Qəzzadan İsrail ərazilərinə 500-dən çox raket zərbəsinin endirildiyini bildirib: “Buna görə də, ümid edirəm ki, qarşıdan gələn parlament seçkilərində “İsrail bizim evimizdir” Partiyası qalib gələcək və mən yenidən bu ölkənin müdafiə naziri olacağam”.

Qeyd edək ki, Aviqdor Liberman Binyamin Netanyahu hökumətinin Fələstinlə atəşkəs anlaşması imzalamasına etiraz olaraq, müdafiə naziri postundan istefa vermişdi.


Müəllif: Mənsur Rəğbətoğlu