Ukraynanın şərqində hakimiyyət qüvvələri və separatçılar arasında gedən döyüşlərdə erməni könüllüsü Oqanes Petrosyan öldürülüb.
Modern.az xəbər verir ki, ukraynalı jurnalsit Roman Boçkala öz facebook səhifəsində bu barədə məlumat yayıb. Jurnalistin sözlərinə görə, rəsmi Kiyevə bağlı “Aydar” batalyonunda vuruşan Petrosyan qumbara partlayışı zamanı həlak olub. Boçkala Oqanes Petrosyanın pravoslav kilsəsində baş tutan dəfnindən fotolar təqdim edib.