Bu gün Ukraynanın Mariupol şəhərində müharibə əleyhinə mitinq keçirilib.
Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, aksiyaya müxtəlif xalqların nümayəndələri - ukraynalılar, ruslar, yunanlar, yəhudilər və s qatılıb.
Onlar Rusiyanın Ukraynaya təcavüzünə etiraz ediblər. Bir çox insanlar aksiyada Ukrayna bayraqlarını qaldırıb.
Ali Radanın deputatı Yegor Firsovun sözlərinə görə, mitinqə təxminən 5 min adam qatılıb.
Nihad