2 Fevral 2019 22:58
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdə “sarı jiletlər” etiraz aksiyaçıları ilə polis arasında qarşıdurma olub.

Teleqraf.com xəbər verir ki, paytaxtın Respublika meydanında polis və aksiyaçılar arasında qarşıdurma səngimir. Aksiyaçılar bugünkü nümayişin sakit keçəcəyini bildirsələr də vəziyyət gərgin olaraq qalır.
Aksiyada yaralananların xatirəsinə həsr edilmiş 12-ci aktda yeni yaralananlar var. Aksiyaçılar ikinci “sarı gecə” keçirəcəklərini qeyd ediblər. Nümayişçilər 12-ci aktda daha çox Valansa toplaşıblar. Aksiya ilə bağlı ölkə üzrə 80 min polis səfərbər edilib.

Yerli mətbuatın verdiyi məlumata görə, əyalətlərdə də polis və nümayişçilər arasında qarşıdurma olub. Yaralıları müalicə edən həkimlər insanların “müharibə yarası” kimi yara aldığını bildirərək, LBD silahlarından istifadənin qadağan edilməsi ilə bağlı petisiya irəli sürüblər. Petisiyada bildirilib ki, “insan hüquqları ölkəsində belə silahdan istifadə edilməsi qəbuledilməzdir”. Artıq 68 min imza toplanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər