Qırğızıstanda Manas və Çingiz Aytmatov Akademiyası yaradılıb.
Bununla bağlı Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Fərman imzalayıb.
Sənəddə deyilir ki, akademiya “Manas” eposunun, ümumilikdə qırğız epik mədəniyyətinin, həmçinin dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun bədii, humanist və fəlsəfi-etik irsinin dərindən öyrənilməsi, qorunması və populyarlaşdırılması məqsədilə yaradılır.
“Manas” eposu UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına, həmçinin dünyada ən böyük epos kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.
UNESCO-nun göstəricilərinə görə, Çingiz Aytmatov müasir dövrdə ən çox oxunan yazıçılardandır. Onun əsərləri 176-dan çox dilə tərcümə olunub və 100 milyon tirajla dünyanın 128 dövlətində çap edilib.