ABŞ İraqda hərbi mövcudluğunu saxlamaq niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bunu CBS telekanalına müsahibəsində ABŞ prezidenti Donald Tramp deyib.
O bildirib ki, əsas məqsəd İranı izləməkdir.
“İraqda bu gözəl bazanı inşa etmək üçün xeyli vəsait xərclədik. Onu qoruyub saxlaya bilərik. Bu istəyimin səbəblərindən biri İranı biraz izləməkdir. Çünki İran əsl problemdir”, - deyə o vurğulayıb.