4 Fevral 2019 00:33
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Məcbur olsaq, sürətlə Suriyaya geri dönə, buradan çıxmaya bilərik".

Teleqrf.com xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp CBS televiziyasındakı çıxışında bildirib.

Tramp Suriyadan çıxdıqdan sonra Əl Qaidə kimi terror təşkilatlarının fəallaşması ehtimalına münsibət bildirərkən qeyd edib ki, İŞİD-in son sığınacaqlarını məhv edəndən sonra ordu İraqdakı hərbi bazaya yerləşdiriləcək və terrorçular İraqdan vurulacaq.

Tramp əlavə edib ki, ABŞ ordusunun Suriyadan çəkilməsi an məsələsidir: "İsraili qorumaq zorundayıq. İraqdakı bazanı saxlayacağıq. Məqsədimiz həm də İranı izləməkdir, çünki İran əsl problemdir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər