29 Avqust 2014 10:44
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın Anbar vilayətində 'Sahva Gücləri' üzvü olduğu iddia edilən 4 nəfər İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı üzvləri tərəfindən güllələnərək qətlə yetirilib.

IŞİD terror təşkilatı Suriya və İraqda həyata keçirdiyi fəaliyyət ilə edamlar edib görüntüləri sosial şəbəkədə yaymağa davam edir. İraqın Anbar vilayətində ələ keçirdikləri “Sahva” üzvü olduqları iddia edilən 4 adamı sorğulayan terror təşkilatı üzvləri, onlara məcburən, döyərək “Sahva” üzvü olduqlarını etiraf etdirməyə çalışır.

Videoda danışıqlarına əsasən Tunis, Mərakeş və misirli olmaları ehtimal edilən İŞİD üzvləri, 4 nəfərə silah gücü ilə 'İslam Dövləti əbədidir' dedirtmək istəyir. Bu zaman döyülənlərdən biri və daha sonra digər üçü ilə birlikdə yolun kənarında gülləyə tutularaq edam edilir.

Qeyd edək ki, Sünni Ərəb tayfa mənsublarından ibarət olan "Sahva Gücləri” 2007-ci ildə ABŞ tərəfindən qurulan silahlı asayiş qoruyucusu təşkilatıdır və “İŞİD” üzvlərinin bir nömrəli düşmənləri sırasındadır.

/anspress/


Müəllif:

Oxşar xəbərlər