Perunun paytaxtı Limada qəribə olay yaşanıb. Belə ki, kiçik motorlu bir təyyarənin prospektə təcili eniş etməsi ilə perulular həyatlarının şokunu yaşayıblar.
Teleqraf.com xəbər verir ki, Peru Hərbi Hava Qüvvələrinə məxsus təyyarə naməlum səbəblər üzündən təcili eniş etməli olub. Əvvəlcə elektrik kabellərinə ilişən təyyarə daha sonra bir avtomobilə çırpılaraq dayanıb.
Qəza nəticəsində 2 pilotdan savayı yaralanan olmayıb. Polis rəisi pilotların сiddi xəsarət almadıqlarını bildirib. Qəzadan sonra prospektə çaxılan təyyarə qaldıcı kranın yardımı ilə ortadan götürülüb. Olayla əlaqədar olaraq araşdırmanın davam etdiyi bildirilib.