9 Fevral 2019 01:06
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

"BMT Səudiyyə Ərəbistanının İstanbul baş konsulluğunda jurnalist Camal Qaşıqçının qətlə yetirilməsi ilə bağlı araşdırma başlamalıdır".

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Antalyada jurnalistlərlə görüşü zamanı BMT-nin məsələ ilə bağlı məruzəçisinin Türkiyədə keçirdiyi görüşlərə və topladığı məlumatlara şərh verərkən deyib.

O, bunların rəsmi istintaq olmadığını, həqiqəti aydınlaşdırmaq üçün xüsusi komissiya yaradılmasının zəruri olduğunu vurğulayıb:

“Qarşıdakı günlərdə bəzi ölkələrlə birlikdə müvafiq müraciət təqdim edəcəyik. Hələlik aydınlaşdırılmayan məsələlər var. Jurnalistin meyitini parçaladıqlarını bilirik, amma bu parçaların harada olduğu bəlli deyil. Bu cinayətin arxasında kimlərin olduğu, göstərişin kimdən gəldiyi barədə Səudiyyə Ərəbistanı tərəfindən konkret bir cavab verilməyib”.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər