9 Fevral 2019 18:15
1 357
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanda Nəvaz Şərif və Şahid Hakan Abbas dönəmində nazir postu tutan Kamran Mikel həbs olunub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, sabiq nazir Pakistan milli valyutası ilə 1 milyard rupi rüşvət almaqda ittiham edilir.

İddiaya görə, keçmiş nazir Qaraçi regionunda üç bahalı ərazini tanıdığı şirkətlərə verib və bunun qarşılığında rüşvət alıb.

O, həbs olunduqdan sonra 16 ərazi barədə araşdırma aparılıb.

Qeyd edək ki, Kamran Mikel 2013-2018-ci illərdə əvvəlcə dəniz naziri, daha sonra insan haqları üzrə nazir və sonda statistika naziri vəzifəsini tutub.


Müəllif: Cavad

Oxşar xəbərlər