29 Avqust 2014 14:13
1 117
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqında bu gün Ukraynada baş verənlərlə bağlı müzakirələr aparılacaq.

Teleqraf.com-un Ukrayna saytlarına istinadən verdiyi xəbərə görə, müzakirədə Rusiya nümayəndəsinin iştirakı da gözlənilir.

Bu barədə Danimarkanın xarici işlər naziri Martin Lideqor bildirib. Onun sözlərinə görə, xarici işlər nazirliyi səviyyəsində keçiriləcək qeyri-formal görüşün gündəliyində Ukraynadakı gərginliyin azaldılması yolları müzakirə ediləcək.

Bu arada Ukrayna Müdafiə Nazirliyi ölkənin şərqində iki yaralı zabitin özünü partlatması nəticəsində 12 rus separatçının məhv edildiyi xəbərini yayıb.

Verilən məlumata görə, zenit-raket batareyasının komandiri Kandecyuk Şepelyukomun rəhbərlik etdiyi qrup döyüşlər zamanı pusquya düşüb və düşmən pulemyotuna tuş gəlib. Pusqudan çıxa bilməyəcəklərini başa düşən Kandcyuk özünü partladıb.

Rus separatçılarının Donetsk şəhərinin Budennovsk rayonunun Kalinkino qəsəbəsini atəşə tutması nəticəsində itkilərin olmadığını, amma yaşayış məntəqəsinə ciddi ziyanın dəydiyi bildirilir.

Samir


Müəllif:

Oxşar xəbərlər