11 Fevral 2019 12:10
2 234
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş erməni hakim Arsen Krikorov Rusiyanın Krasnodar şəhərində 18 yaşlı idmançı rus qızı vurub.

Teleqraf.com xəbər verir ki, hadisə piyada keçidində baş verib.

Arsen Krikorov hadisə yerinə toplaşan hal şahidlərinə hədə-qorxu gələrək, ağır yaralı qıza yardım göstərmədən qaçıb.

Zərərçəkmiş qızın anası “Qovorit Moskva” radiosuna şikayətində deyib ki, Arsen Krikorov hətta ağır vəziyyətdə olan qızının bahalı əməliyyatı üçün konpensasiya ödəməkdən də imtina edib:

“Mənim üçün hər şey bitib, ancaq o, hələ də avtomobil idarə edir, öz həyatını yaşayır”.

Məlumata görə, erməni hakimin şəhərin bütün məhkəmələrində tanışı olduğuna görə qızın valideynlərinin şikayətlərinə baxılmır.

Krasnodar hərbi məhkəməsinin hakimi olmuş Arsen Krikorovun törətdiyi qəza anı hadisə yerində olan şəxslərdən birinin mobil telefonuna çəkilib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər