Dünən ABŞ-ın Los-Anceles şəhərində 61-ci “Qremmi” musiqi mükafatı builki sahiblərinə təqdim olunub.
Teleqraf.com xəbər verir ki, “Staples Center” adlı nəhəng idman-əyləncə kompleksinə axın edən məşhur ulduzlar geyimləri və performansları ilə tamaşaçıları heyran edib.
Ledi Qaqa mükafatlandırılan ilk müğənnilərdən olub. O, üç fərqli nominasiya, o cümlədən, “Shallow” mahnısının ifasına görə “Ən yaxşı duet” nominasiyasında (Bredli Kuperlə birlikdə) qalib gəlib. Sənətçi geyimi və səhnədə göstərdiyi şou ilə gecəyə damğa vurub.
Ledi Qaqa ilə yanaşı Cenifer Lopez də səhnə performansı ilə izləyiciləri coşdurub.
Məşhur müğənni Ketti Perrinin gecə üçün seçdiyi libas ilginc qarşılanıb.
Ariana Qrande “Sweetener” albomuna görə ən yaxşı pop albom nominasiyasında “Qremmi” mükafatı ilə təltif olunub. Dua Lipa “Ən yaxşı rəqs mahnısı” və “Ən yaxşı yeni artist” nominasiyalarında qalib seçilib.