Avstraliya özünün Kral donanmasını 12 sualtı qayıqla təmin etmək üçün 50 milyard dollar dəyərində razılaşma əldə edib.
Teleqraf.com xəbər verir ki, bu sözləri Avstraliya baş naziri Skott Morrison deyib.
Kral donanması üçün nəhəng gəmiləri Fransanın “Naval Grup” hazırlayacaq.Müqaviləni Avstraliya və Fransa müdafiə nazirləri imzalayıb.
Baş nazir Skott Morrisonun sözlərinə görə, sualtı qayıqlar uzun illər ölkənin təhlükəsizliyini təmin edəcək, habelə Avstraliya-Fransa hərbi əlaqələrini genişləndirəcək.
Fransa ilk gəmini 2030-cu ildə Avstraliyaya təqdim edəcək.