61-ci “Qremmi” musiqi mükafatının təqdimolunma mərasimində səhnə performansı ilə gecəyə damğa vuran məşhur ulduz Cenifer Lopezin libasının türk dizayner tərəfindən hazırladığı məlum olub.
Teleqraf.com xəbər verir ki, səhnədə şou göstərərək izləyicləri coşduran ulduz özəl gecə üçün türk dizayner Nedrət Taciroğluna müraciət edib.
Lopezin əlbisəsinin Nedrət Taciroğlunun 1980-ci ildə yaratdığı NEDO markasının 2019-cu il yaz kolleksiyasina aid olduğu üzə çıxıb.
Dizaynerin sözlərinə görə, pudra rəngli tül üzərində kristal daşlarla işlənən libas 3 həftəyə hazırlanıb.