14 Fevral 2019 09:20
2 385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu digər sabiqlər - eks-prezident Abdulla Gül və keçmiş iqtisadiyyat naziri Əli Babacanla siyasi partiya qurmağa hazırlaşdığı yönündə sualı cavablandırıb.

Teleqraf.com xəbər verir ki, bir konfransda jurnalistlərlə üz-üzə gələn Əhməd Davudoğlunun cavabı qeyri-müəyyən və müəmmalı olub: "Bir gün mətbuat konfransı keçirsəm, istənilən məsələni soruşa bilərsiz. İndi konfransdayıq, sual mövzuya uyğun deyil..."

Qeyd edək ki, hər 3 şəxs - Əhməd Davudoğlu, Abdulla Gül və Əli Babacan hakim AKP-nin mühüm fiqurlarından hesab olunur.

Milliyyətçi Hərəkat Partiyasından qopub ayrıca İyi Partiya yaradan qrupun uğursuzluğundan sonra Türkiyədə daha bir siyasi təşkilatın meydana atılacağı ehtimalı böyükdür.


Müəllif: Mahir

Oxşar xəbərlər