14 Fevral 2019 14:53
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Soçi şəhərində Rusiya, İran və Türkiyə başçılarının iştirakı ilə keçirilən üçtərəfli sammitdə iştirak etdikdən sonra cüdoçularla məşq etməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov Putinin axşam saatlarında məşqə qatılacağını bildirib:

“Putin gecə cüdo komandası ilə məşqə qatılmaq istəyir. O, məşq edəcək”.

Qeyd edək ki, Rusiya, İran və Türkiyə prezidentləri - Vladimir Putin, Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğan arasında üçtərəfli görüş dördüncü dəfə keçirilir. Dövlət başçıları Suriya münaqişəsi ətrafında fikir mübadiləsi aparırlar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər