Son bir ildə ABŞ Prezidenti Donald Tramp 2 kiloqram kökəlib, qanında xolesterinin səviyyəsi isə düşüb.
Teleqraf.com xəbər verir ki, ABŞ Prezidentinin şəxsi həkimi Şon Konlinin rəsmi açıqlmasında bu məlumat yer alıb.
Məlumatda bildirilir ki, Donald Trampın çəkisi 110 kiloqramdır, bundan əvvəlsə 108 kiloqram olub.
Qanda xolesterinin səviyyəsi isə 143-dən 122-yə düşüb. ABŞ rəhbəri xolesterini normaya salmaq üçün dərman qəbul edir.
Onun təzyiqi 118-80, nəbzinin bir dəqiqədə döyüntüsü 70-dir.
Şəxsi həkim ABŞ Prezidentinin səhhətinin bütövlükdə normal olduğunu bildirib.
Donald Tramp müayinədən ötən həftə keçib.