15 Fevral 2019 19:45
1 623
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci ildə ABŞ-ın müdafiə xərcləri 643,3 milyard dollar təşkil edib.

Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (İİSS) hər il dərc etdiyi reytinqdə ikinci yeri 168,2 milyard dollarlıq müdafiə xərcləri ilə Çin, üçüncü yeri isə 82,9 milyard dollarla Səudiyyə Ərəbistanı tutur.

Sonrakı yerlərdə Rusiya (63,1milyard dollar), Hindistan (57,9milyard diollar), Böyük Britaniya (56,1 milyard dollar), Fransa (53,4 milyard dollar), Yaponiya (47,3 milyard dollar), Almaniya (45,7 milyard dollar), Cənubi Koreya (39,2 milyard dollar) gəlir. NATO üzvü olan Avropa ölkələrinin isə ötən il məcmu hərbi büdcəsinin 264 milyard dollar təşkil etdiyi bildirilir.

Hesabatı Münhen Təhlükəsizlik Konfransına təqdim edən İİSS eksperti Fransua Haysburqsənəddəki rəqəmləri Avropada müdafiə xərclərini artırmaqdan boyun qaçırmaq üçün bəhanə gətirməməyə çağırıb: “Rusiya müdafiəsinə xərclədiyi pullardan daha çox hərbi səmərə əldə etməyi bacarır”.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər