15 Fevral 2019 21:42
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan Xarici İşlər Nazirliyi ölkənin Pakistandakı səfirini müvəqqəti geri çağırıb.

Teleqraf.com xəbər verir ki, qərar ötən gün Cammu və Kəşmirdə baş vermiş terror aktı ilə əlaqədardır.

Qeyd olunur ki, səfir məsləhətləşmələr üçün qeyri-müəyyən müddətə geri çağırılıb.

Xatırladaq ki, ötən gün Kəşmirdə polis qüvvələrinin konvoyu yolda olarkən törədilmiş partlayış nəticəsində 45 nəfər həlak olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər