15 Fevral 2019 23:23
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Meksika ilə sərhəddəki vəziyyətə görə ölkədə fövqəladə vəziyyət elan edilməsi haqda sənəd imzalayıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə Prezidentin mətbuat katibi Sara Sanders bildirib. Sara Sanders Trampın bununla bağlı sənədi imzalayarkən çəkilmiş fotosunu Twitter sosial şəbəkəsində paylaşıb.

Fövqəladə vəziyyətin elan edilməsi Trampa Konqresin razılığı olmasa belə, Meksika ilə sərhəddəki divarın tikintisinə lazım olan vəsaiti toplamağa imkan verəcək.

Qeyd edək ki, Konqresdə baxılan büdcə layihəsinə əsasən, Meksika ilə sərhəddə divarın tikintisinə 1,4 milyard ayrılıb. Tramp isə 5,7 milyard dollar tələb edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər