İran İnqilab Məhkəməsi 5 güney azərbaycanlı milli-mədəni fəala hökm oxuyub.
Teleqraf.com xəbər verir ki, məhkəmə “ölkənin təhlükəsizliyinə qarşı qanunsuz qrup yaratmaq” ittihamı ilə saxlanılmış fəallar Rəhim Qulami, Əsgər Əkbərzadə, Əli Vasiqi, Səid Sadiqifər və Mehdi Huşmənd barəsində bəraət hökmü verib.
Adı çəkilən fəallar 2018-ci il iyulun 2-də Bəzz qalasını yürüş ərəfəsində saxlanmışdılar.