Türkiyənin Muğla vilayətinin Milas rayonundakı mədənlərdən birinin çökməsi nəticəsində dağıntılar altında qalan işçilərdən birinin cəsədi çıxarılıb.
Teleqraf.com xəbər verir ki, qəzadan sonra dağıntılar altında dörd işçi qalmışdı. Onlardan biri ağır yaralı vəziyyətdə xilas edilərək xəstəxanaya yerləşdirilib. Digər işçilərin axtarışları davam edir.