Güney Azərbaycandan olan milli-mədəni fəallar Salman İraqi və Vahid Səfəri İran polisi tərəfindən saxlanılıb.
Teleqraf.com xəbər verir ki, evlərində saxlanılan fəallar Xoy şəhər Polis İdarəsinə aparılıb.
Məlumata görə, polis bölməsinin təcridxanasına köçürülən fəallar burada polislər tərəfindən fiziki zorakılığa və işgəncələrə məruz qalıblar. Nəticədə Salman İraqinin əli yaralanıb, Vahid Səfəri isə bel nahiyəsindən xəsarət alıb.
Fevralın 17-də Xoy İnqilab Məhkəməsində isə fəalların işinə baxılıb. Hakim fəalları dinlədikdən sonra onların barəsində bəraət hökmü çıxarıb. Vahid Səfəri və Salman İraqi “milli təhlükəsizliyi pozmağa cəhd etmək” ittihamından bəraət qazanıb.