23 Fevral 2019 21:14
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqo Demokratik Respublikasının (KDR) bəzi rəsmilərinə “seçkiləri saxtalaşdırdığını və insan haqlarını pozduğu”nu əsas gətirərək sanksiya tətbiq edib.

Teleqraf.com xəbər verir ki, ABŞ Dövlət Departamenti bununla əlaqədar bəyanat yayıb.

Bəyanatda ABŞ-ın ölkədə dəyişiklik məsələsində KDR xalqının yanında olduğu bildirilir. Həmçinin xalqın seçkilərdə dəyişiklik iradəsi və hesabatlı, şəffaf dövlət qurmaq arzusuna dəstək ifadə edilir.

Bununla belə, seçki müddətində və şəffaflığın qorunması mövzusunda ABŞ-ın narahatlığı dilə gətirilir, prezident seçkiləri müddətində rüşvətə bulaşdıqları səbəbindən bir çox KDR-in dövlət rəsmilərinə ABŞ-a daxil olmaq qadağan edilir.

Əsas sanksiya isə KDR-in Mərkəzi Seçki Komissiyasının sədri və digər şəxslərə tətbiq olunub.


Müəllif: Cavad

Oxşar xəbərlər