Rusiyada 23 fevral - Silahlı Qüvvələr günündə qeyri-adi hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, Rusiya şəhərlərindən birinin polis idarəsində 23 fevral bayramı münasibətilə qadın polis əməkdaşı kişi polislərə sürpriz edib.
Belə ki, qadın polis əməkdaşı idarənin akt zalında əyləşən kişi polislərin önündə erotik rəqs etməyə başlayıb. Həmin görüntülərin əks olunduğu video sosial şəbəkələrdə yayıldıqdan sonra ölkədə böyük əks-səda doğurub.
Məlumata görə, hadisədən dərhal sonra Rusiya Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb və qadın polis müəyyən edilərək işdən qovulub.