Hindistan hökuməti ölkənin hərbi hava qüvvələrinə məxsus qırıcıların sərhədi keçərək Pakistandakı “terror düşərgələri”ni bombaladığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Hindistan xarici işlər naziri Sushma Svaraj əməliyyat zamanı çoxlu sayda yaraqlının öldürüldüyünü deyib.
Pakistan tərəfi isə hadisələr zamanı itkilərin olmadığını, zamanında müdaxilədən sonra bombanın meşəlik əraziyə atıldığını bəyan edib.