26 Fevral 2019 15:53
1 909
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın mövcud hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin “Madrid prinsipləri” əsasında həll təklifini rədd etmir”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Ara Papyan deyib.

Ekspertin fikrincə, “Madrid prinsipləri” bir şeyi almaq üçün bir şeyin verilməsini nəzərdə tutan təklifdir:

“Ermənistan rəsmiləri də münaqişənin bu çərçivədə həllinə isti baxır. Lakin Azərbaycan münaqişənin Qarabağın öz ərazi bütövlüyü daxilində saxlanılması şərti ilə bu məsələnin müzakirəsinə təkid edir. Ermənistan isə bununla razı deyil. Bu halda da, münaqişənin “Madrid prinsipləri” çərçivəsində hansı formada həll tapılacağı problematik görünür”.

Ara Papyan xalqların sülhə hazırlaşdırılması prosesinə də toxunub: “Ermənistan və Azərbaycan arasında qarşılıqlı aqressiv bəyanatların səsləndirildiyi dönəmdə xalqların sülhə hazırlaşdırılması məsələsi mümkün olmaya bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər