26 Fevral 2019 17:30
1 630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qızı Yelizavetanın Avropa Parlamentində işlədiyini təsdiqləyib.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, D.Peskov bunu “adi tələbə təcrübəsi” adlandırıb.

“Bilirsinizmi, burada söhbət adi tələbə qızdan və adi təcrübədən gedir”, – deyən D.Peskov hansısa əlavə şərh vermək istəmədiyini əlavə edib.

Bununla yanaşı Peskov bu məsələnin onun peşəkar fəaliyyətinə dəxli olmadığını bildirib:

“Bu, mənim qızıma aiddir, mənim xidməti vəzifəmə və işimə aid deyil”.

Qeyd edək ki, fevralın 25-də fransalı avroparlamentari Emerik Şoprad D.Peskovun qızı Yelizavetanın Avropa Parlamentinin onun başçılıq etdiyi bürosunda təcrübə keçdiyini bildirmişdi. O əlavə etmişdi ki, Yelizaveta adi fransız tələbələr kimi təcrübə keçir, gizli informasiyalara çıxışı yoxdur.

Avroparlamentari qeyd etmişdi ki, Y.Peskovaya da işinə görə təcrübəçilərə ödənilən qədər – 1000 avro vəsait ödənilir.


Müəllif: Səxavət

Oxşar xəbərlər