Almaniyanın "Der Spiegel" jurnalına görə, ABŞ və İngiltərə Türkiyəni də dinləyib. Vaşinqtondakı Türk səfirliyi də dinlənilən təşkilatlar arasındadır.
Teleqraf.com-un məlumatına görə, Der Spiegel ABŞ Milli Təhlükəsizlik Təşkilatının Ankara hökuməti haqqında məlumat yığdığını yazıb. Qaynaq olaraq isə ABŞ-ın keçmiş gizli xidmət işçisi Edvard Snovdenın ifşa etdiyi və 2007-ci ilə aid məxfi sənədlər göstərildi.
Jurnal Vaşinqtondakı Türk səfirliyi və Nyu Yorkda BMT nəzdində Türkiyə Daimi Nümayəndəliyinin dinlənildiyini iddia edir.
İngiltərənin isə Trkiyənin enerji sektoruyla maraqlandığı bildirilir.
Nihad