Ermənistan baş naziri Nikol Paşinyan İrana səfəri zamanı Türkiyəyə də mesaj göndərib.
Teleqraf.com xəbər verir ki, o, Türkiyəyə mesajı İrandakı erməni diasporu ilə görüşü zamanı səsləndirib.
Baş nazir bildirib ki, erməni tərəfinin davranışlarında dəyişən bir şey yoxdur: “Ermənistan Türkiyə ilə qeyd-şərtsiz və ön şərt irəli sürmədən əlaqələrin normallaşmasını istəyir. Ancaq Türkiyə bu mərhələyə üçüncü tərəfləri daxil edir. Ermənistanla Azərbaycan arasında Qarabağ münaqişəsinin həll edilməsini dialoqun başlanması şərti kimi irəli sürür. Bu amili nəzərə alsaq, yaxın zamanlarda Türkiyə ilə aramızda yeni müzakirələr mərhələsinin başlamasını gözləmək yersiz olar”.